Suriyadakı münaqişənin gərginləşməsi ilə ölkənin ərazi baxımından parçalanması ehtimalı artır.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, Pentaqonun başçısı Çak Heygel Vaşinqtonun Yaxın Şərq siyasəti institutunda çıxışı zamanı belə bir bəyanat səsləndirib.
«Münaqişənin intensivliyi artır...Ölkənin parçalanması ssenarisi getdikcə daha gerçək görünür» - deyə, Heygel bildirib.
Onun sözlərinə görə, Suriyada vəziyyətin nizamlanması üçün ABŞ Rusiya ilə Çini daha çox iş görməyə çağırır :«Bu onların öz marağındadır».
Heygel həmçinin ABŞ və Rusiyanın Suriyaya dair konfrans keçirəcəyini xatırladaraq, münaqişə edən tərəfləri bu konfransda iştirak etməyə çağırıb.
Xatırladaq ki, Moskva ilə Vaşinqton mayın sonunda Cenevrədə Suriyaya üzrə beynəlxalq konfransın keçirilməsinə dair razılıq əldə ediblər.