«Rosoborongksport» 37 milyardlıq silah satmaq niyyətindədir
09 may 2013 05:57 (UTC +04:00)

«Rosoborongksport» 37 milyardlıq silah satmaq niyyətindədir

 

«Rosoborongksport» 37 milyardlıq silah satmaq niyyətindədir

Rusiya «Rosoboroneksport» şirkəti 2013-cü ildə ötən ildəkindən daha çox  silah və hərbi texnika satmağı planlaşdırır.

 

Lent.az-ın «İnterfaks»-a istinadən məlumatına görə, bu haqda qurumun baş direktoru Anatoliy İsaykin açıqlama verib.

 

«2013-cü ildəki öhdəliklərimizin yerinə yetirilməsində fasilə yaranmayıb. Bundan başqa planlarımızın icrası ilə bağlı təhlükə də yoxdur»-deyə, baş direktor İstanbulda açılan silah sərgsində jurnalistlərə bildirib.

 

Bir müddət öncə «Rosoboroneksport»-un 2012-ci ildə 12,9 milyard dollarlıq silah və hərbi texnika satdığı və cari il bu rəqəmi artırmaq niyyətində olduğu barədə açıqlama verilmişdi. Məlumata əsasən, bu ilin əvvəlindən şirkət 37,3 milyard dollarlıq sifariş alıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 455
avatar

Oxşar yazılar