«Gəzi» parkı referenduma çıxarıla bilər
13 iyun 2013 02:26 (UTC +04:00)

«Gəzi» parkı referenduma çıxarıla bilər

İyunun 12-də Türkiyəini baş naziri Rəcəb Raib Ərdoğan «Gəzi»-çilərin təmsilçiləri ilə görüşü keçirib.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, hökumət başçısı ilə yanaşı görüşdə daxili işlər naziri Müəmmər Gülər, mədəniyyət və turizm naziri Ömər Çelik, ekologyia və şəhərsalma naziri Ərdoğan Bayraktar, eləcə AK Partiya sədrinin müavini Hüseyn Çelik iştirak edib.

 

 

«Gəzi»çiləri isə aktyor Əhməd Mümtaz Taylan, alimlər İpək Akpinar, Bətul Tanbay və Halə Çİraci, rejissor Kutluq Ataman, tələbə Nil Əyuboğlu, jurnalist Rumeysa Kiqer, arxitektor Selva Qurdoğan, sosial şəbəkə üzrə mütəxəssis Zəhra Oney, naşir Zülfiqar Kürüm təmsil edib, eləcə AK Partiyanın üzvü Bülənt Pəkər də bu yığıncağa qatılıb.

 

Görüş 4 saat 25 dəqiqə sürüb.

 

AK Partiyanın sözçüsü Hüseyn Çelik isə Gəzi parkı ilə bağlı İstanbulda referendumun keçirilə biləcəyi təklifinin təklif olunduğunu söyləyib.

 

İyunun 13-də baş nazir R.T. Ərdoğan «Gəzi» parkı ilə bağlı açıqlamalarına görə, etirazçılar tərəfindən təzyiqə məruz qalan, tanınmış sənət adamı Hülya Əfşarı qəbul edəcək.

 

Görüşdən sonra ictimaiyyət təmsilçiləri danışıqların nəticəsinə razı qaldıqlarını dolayı yola da olsa bildirib.

 

«Nədən «Gəzi» parkına getmirsiniz» sualına cavabında Nicati Şaşmaz deyib: «Mən Atatürkün əsgəriyəm» deyimi ilə bir qrupun təmsilçilərinin birgə olduğu yerə mən getmərəm. Orada hər yerdə Türkiyə bayrağı və Atatürk posterləri olsa idi, inanın mən orda olardım».

 

Xatırladaq ki, «Gəzi» parkı aksiyasında terrorçu PPK lideri Abdulla Öcalanın portreti də qaldırılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1334
avatar

Oxşar yazılar