ABŞ Milli Kəşfiyyatının direktoru Ceyms Klepper bildirib ki, Vaşinqtonun müttəfiqləri Amerikanın kəşfiyyat məlumatlarının toplanması ilə məşğul olub.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, Konqresinin Nümayəndələr Palatasında çıxışı zamanı o, deyib ki, xaricdəki müttəfiqləri ABŞ liderləri və kəşfiyyat xidmətinə münasibətdə davamlı surətdə casusluqla məşğul olublar.
Xarici liderlərin izlənilməsi məsələsinə münasibət bildirən, Klepper deyib ki, bu Amerika kəşfiyyatının əsas işlərindən biridir.