«Müsəlman qardaşları»ndan danışıq çağırışı
16 noyabr 2013 20:27 (UTC +04:00)

«Müsəlman qardaşları»ndan danışıq çağırışı

«Müsəlman qardaşları» hərəkatı Misirdəki «bütün inqilabçı qüvvələri və siyasi partiyaları» danışıqlar masasına oturmağa çağırıb.

 

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, bununla bağlı yayılan bəyanatda devrilmiş przident Məhəmməd Mursinin hakimiyyətinin bərpası birbaşa tələb edilməsə də, devrilişin hərbi xarakterli olduğu vurğulanıb.

 

Mursinin tərəfdarları bildirib ki, prezident zor gücünə devrilib və 2014-cü ilin yanvarına təyin olunan məhkəmə siyasiləşdiriləcək.

 

Bundan başqa onlar M.Mursinin hakimiyyətdən uzaqlaşdırılmasında hərbçiləri ittiham edərək, məhkəməsiz onu yarım ildir məlum olmayan yerdə saxlamaqda suçlayıblar. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 861
avatar

Oxşar yazılar