«Suriya münaqişəsi asanlıqla qonşu Livanın ərazisinə keçə bilər. Livanın Tripoli və digər şəhərlərində baş verən icmalararası münaqişələr bunu təsdiq edir». ABŞ dövlət departamentinin rəsmisi Patrik Ventrell bu fikirdədir.
«ABŞ Livandakı vəziyyətdən çox narahatdır. Tripoli şəhərində 23 nəfərik ölümü ilə nəticələnmiş son qarşıdurmalar Suriyanın Livanın sabitlik və təhlükəsizliyi üçün təhlükə olduğunu təsdiqləyib.
Ventrell münaqişədə .Suriya prezidentinin tərəfində iştirak «Hizbullah» hərəkatının seçimini tənqid edib.
«Hizbullah liderlərinin münaqişəni qızışdırmaları Livanın vəziyyətini mürəkkəbləşdirir. Livan xalqın istəyinin əleyhinə olaraq münaqişəyə cəlb oluna bilər», deyə Ventrell bildirib.