Mücahidlər atəşə tutulub: 2-si həlak olub, 27-si yaralanıb
16 iyun 2013 05:14 (UTC +04:00)

 Mücahidlər atəşə tutulub: 2-si həlak olub, 27-si yaralanıb

İyunun 15-də İran hakimiyyətinə müxalif Xalq Mücahidləri Təşkilatının Bağdaddakı qərargahı minaatanlardan atəşə tutulub. Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, nəticədə iki mücahid həlak olub, 27-si yaralanıb.

Hələlik bu silahlı basqının məsuliyyətini heç bir təşkilat üzərinə götürməyib.

Xatırladaq ki, mücahidlərin İraqdakı «Əşrəf» düşərgəsi  BMT-nin müşahidəsi altında paytaxta köçürülüb. Əvvəllər isə o, Bağdadın 60 km-liyindəki Diyal əyalətində, Xalis şəhərinin şimal-şərq hissəsində yerləşirdi. Səddam Hüseyn hakimiyyəti devrildikdən sonra İraqdakı yeni iqtidar İranla xoş münaisbət saxlamaq üçün «Əşrəf»i bağlamaq istəyirdi. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 997
avatar

Oxşar yazılar