Britaniya əks-kəşfiyyatı «Mİ-5»-in başçısı Londonun Vuliç rayonunda əsgər qətlində şübhəli bilinən iki nəfərlə bağlı parlamentə məruz edəcək.
Lent.az-ın «BBC» -yə istinadən məlumatına görə, qurum parlamentin bu qətli araşdıran komissiyasının suallarına cavab verəcək.
Mənbənin məlumatına əsasən, qətldə şübhəli bilinənlər «radikal islam»çı sayılır və onları Britaniyanın təhlükəsizlik xidməti tanıyırmış.
Xatırladaq ki, onlardan biri Maykl Adebolaco «Mİ-5»-in onu ələ almaq istədiyini bildirilib.
O, terrorçuluqda şübhəli bilinərək, həbs edildikdən sonra dostu bu haqda məlumat verib.