Krım Nazirlər Şurası və Ali Radası bölgənin Ukrayna tərkibindən çıxması barədə yayılan xəbərləri «yalan, təhrikedici və əsassız» informasiya adlandırıb.
Lent.az-ın «unian.net»-ə istinadən məlumatına görə, Nazirlər Şurasının məsələ ilə bağlı yayılmış bəyanatında deyilib: «Ukrayna və Rusiya dominləri fəaliyyət göstərən saytlarda yayılmış xəbərlər yalan və təhrikedicidir. Həmin xəbərdə bildirilib ki, Krım Muxtar Respublikası nazirlər şurasının sədri Anatoli Mogilyev Krımın guya Ukraynanın tərkibindən ayrılmaq istədiyini söyləyib. Bu məlumata düşmən ssenarisinin gerçəkləşdirilməsi cəhdi kimi baxmaq lazımdır. Bununla Ukrayna və Krımda siyasi qarşıdurmanın gərginləşdirmək istəyirlər».
Krım ali məclisi mətbuat xidmətinin katibi Vladimir Konstantinov da bu xəbəri təkzib edərək, bildirib: «Məsələ muxtariyyətin özünü təyində deyil. Biz mərkəzi legitim hakimiyyəti, prezidentlik institutunu dəstəkləyirik. Hesab edirik ki, ölkənin bütünlüyünü yalnız bu institut qoruya bilər. Ümid edirəm ki, Krım unitar Ukrayna dövlətindən daha çox səlahiyyət alacaq».