«İsrailin Suriyanı vurmaq niyyəti yoxdur»
12 iyun 2013 02:01 (UTC +04:00)

«İsrailin Suriyanı vurmaq niyyəti yoxdur»

Suriyada Rusiya istehsalı olan «C-300» zenit-raket qurğusu yerləşdirilsə də İsrail bu ölkəyə zərbə endirməyəcək.

 

Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, bunu yəhudi dövləti daxili işlər nazirinin müavini Fain Kirşenbaum bildirib.

 

İsrailin Suriyanı vuracağı ilə bağlı məsələyə münasibət bildirən müavin deyib: «Bunların hamısı şayiədir. İsrail ancaq öz ərazisini müdafiə edə bilər. Suriyaya hücum etməkdə maraqlı deyilik. Bu ölkədə baş verənlərlə bağlı biz də rahatsızıq. Avstriya sülhməramlılarının Hollan yüksəkliyi yaxınlığındakı sərhəddən çıxarılması bizi narahat edir. Çünki sərhədimizdə yerləşən ən yaxşı qüvvələrdən biri onlar idi».

 

Nazir müavini onların yerinə BMT-nin alternativ qüvvə tapacağına ümid etdiyini bildirib.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 479
avatar

Oxşar yazılar