«İranla ticarət qanunidir» ifadəsi düz deyil»
23 may 2013 03:15 (UTC +04:00)

«İranla ticarət qanunidir» ifadəsi düz deyil»

Atom-nüvə proqramı ilə bağlı məsələnin müzakirəsi İranda keçiriləcək prezident seçkisindən sonra davam edəcək. Bu haqda ABŞ rəsmiləri bir neçə gün .ncə bildirib.

İslam Respublikasının təmsilçiləri isə problemə dair mövqelərinin seçkidən sonra da dəyişməyəcəyini bəyan edib.

Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, İrana qarşı sanksiyaların sərtləşdirilməsi ilə bağlı ABŞ Konqresinə yeni qanun layihəsi təqdim olunub.

Sənədin müəllifləri respublikaçı senator Mark Kirk və Con Kornindir.Layihə «İran ixracatına embarqo aktı haqqında» adlanır.

Həmin sənəddə İran hakimiyyətinin nəzarəti altında olan xidmət şirkətlərinə yasağın tətbiqi nəzərdə tutulub.

Orada belə şirkətlərin bütün hesablarının dondurulması, habelə onlara sığorta xidmətinin göstərilməsi qadağa olunması vurğulanıb.

«Xarici dövlət və  şirkətlər qarşısında seçim qoyulub  - ya onlar İran hakimiyyəti ilə işgüzar əlaqəni kəsir, ya da ABŞ-la ticarəti dayandırır»-deyə, senator Kornin bildirib.

Senator Kirk isə öz növbəsində deyib: «Bütün dünya dövlətlərinə açıq-aydın siqnal göndərməyin vaxtıdır, «İran hakimiyyəti ilə ticarət əlaqəsi qanunidir», ifadəsi düz deyil».

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1140
avatar

Oxşar yazılar