«İran Suriyanı işğala başlayıb»
29 may 2013 07:18 (UTC +04:00)

«İran Suriyanı işğala başlayıb»

Suriya Azadlıq Ordusunun (SAO) baş komandan general-mayor Səlim İdris Livan prezidenti, Ərəb Dövlətləri Liqasının baş katibi və BMT-nin baş katibinə Livan «hizbullah»ı ilə bağlı müraicət edib.

 

Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, general-mayor bildirib ki, 24 saat ərzində «hizbullah» yaraqlılarının ölkə ərazisini tərk ettməsinə nail olsunlar.

 

S.İdrisin sözlərinə əsasən, bu yaraqlıların ölkə ərazisinə keçməsində Livan prezidenti Mişel Süleyman «şəxsən məsuliyyət» daşıyır. O, «hizbullah»çıları hədələyərək, deyib ki, əgər onlar Suriyanı tərk etməzsə, o zaman SAO döyüşçüləri hərbi qarşıdurmanı Livana köçürməyə hazırdır.

 

Səlim İdris bildirib ki, Homsun 80 faizinə Bəşar Əsəd rejimi və «hizbullah»ın nəzarət etməsi ilə bağlı yayılmış xəbərlər «yalandır».

 

SAO komandiri Bəşar Əsəd rejimini dəstəklədiyi üçün Rusiyanı da ittiham edib. Onun sözlərinə görə, yaraqlılar yalnız Livandan deyil, İraq və İrandan da Əsəd yardım etmək üçün Suriyaya keçə bilir. İdris deyib ki, İran faktiki olaraq, Suriyanı işğala başlayıb.

 

O, Avropa Birliyinin müxalifətə silah embarqosu ilə bağlı qərarın ləğvini, ABŞ senatoru Con Makeynin Suriyaya müxalifətinin nəzarəti altında olan bölgəyə səfərini alqışlayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1518
avatar

Oxşar yazılar