BMT-nin İranda insan hüquqları üzrə öəzəl təmsilçisi Əhməd Şəhid oktyabrın 23-də qurumun Baş Məclisinə növbəti hesabat təqdim edib.
Lent.az-ın məlumatına görə, sənəddə bildirilib ki, İranda insan hüquqlarının qorunması istiqamətində yaxşılığa doğru inkişaf müşahidə edilməyib: «Ölkə rəsmiləri problemin araşdırılması üçün beynəlxalq hüquq müdafiə qurumları ilə əməkdaşlıqdan boyun qaçırır. Bu ölkədə insan haqlarının kobud şəkildə pozulmasının davam etməsi beynəlxalq qurumların ciddi narahatlığına səbəb olub».
Hesabat müəlifi bildirib ki, insan hüquqlarının müdafiəsi ilə məşğul olan qurumların 2012-ci ildə Tehran rəsmilərinə göndərdiyi 28 məktubdan yalnız 8-nə cavab verib. Bundan başqa İran hakimiyyətin insan haqları sahəsində mövcud poblemlərin yerində araşdırılması üçün qurum müraciət müəlliflərinin, habelə Əhməd Şahidin İrana səfərinə imkan verməyib.
Sənədə vurğulanıb ki, son illərdə bu ölkədə müxalif düşüncəli 600 jurnalist tutulub. Bunu sənəd müəllifi İranda söz azadalığına qarşı basqının açıq-aşkar örnəyi adlandırı: «Hazırda ən azı 40 jurnalist və 29 bloqçu ilə internet fəalının həbsdə saxlanması ciddi narahatlığa səbəb olub. Həmçinin «BBC» və «Azadlıq» radiolarında işləyən İran vtəndaşlarının ailə üzvlərinə qarşı təhdid və təzyiqlər davam etməkdədir.
İranda qadınlara qarşı zorakılıq və cinsi ayrı-seçkilik, eləcə də dini və məzhəbi azlıqlar, o sıradan da bəhailər, xristianlar və dərvişlərə qarşı ayrı-seçkilik və zorakılıqlar səngimək bilmir. Bundan başqa ölkədəki milli azlıqlar, o sıradan da azərbaycanlılar, kürdlər, ərəblər, bəluclar və başqalarına qarşı təzyiqlərin gündən-günə artması, onların ictimai, siyasi, mədəni və iqtisadi hüquqlarının ardıcıl olaraq tapdanması ölkədə insan hüquqları ilə bağlı vəziyyətin nə qədər acınacaqlı olmasını göstərir. Həmçinin ölkədə edamların sayının artması beynəlxalq təşkilatların ciddi nigaranlığına gətirib çıxarıb. Belə ki, 2012-ci ilin yanvar ayından bu yana ölkədə ən azı 724 nəfər dar ağacından asılıb. Bu isə İranda insan hüquqlarının nə qədər ağır durumda olmasına bariz bir nümunədir».
Əhməd Şahidi hesabatına Tehran da münasibətini bildirib. Ölkə Xarici İşlər Nazirliyinin mətbuat katibi Mərziyyə Əfham «sənədin birtərəfli hazırlandığın» söyləyib.