Livannın «Hizbulla» təşkilatı bildirib ki, Suriya «qüvvələr nisbətini dəyişməyə qadir» silah gönədərmək niyətindədir.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, bu silahlı qurumun başçısı Həsən Nəsrulla tədarük ediləcək silahın növündən bəhs etməyib.
Bununla belə o, «İsrailin Hollan yüksəkliyindən çəkilməsi üçün» Suriyanın istənilən «cəhdini dəstəkləyəcəklərini» vurğulayıb.
O, qeyd edib ki, silah tədarükü İsrailin bu günlərdə Suriyaya endirdiyi şava zərbələrinə cavabdır.