«Hizbullah» liderinə ərə getməyən «seks bomba»
08 may 2013 06:41 (UTC +04:00)

«Hizbullah» liderinə ərə getməyən «seks bomba»

 Livanın tanınmış müğənnisi və aktrisası Hayfa Vahbi «Hizbullah» lideri Həsən Nəsrullaha ərə getməsi barədə yayılmış xəbərləri rəsmi olaraq, təkzib edib.

 

Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, o, «Qolos Rossii» radiosuna müsahibəsində guya yeniyetmə çağlarında «Hizubllah» liderinə «ərə getdiyini» söyləyib.

 

Həmin müsahibədə o, bunu Nəsrullanın «müdrikliyi, xarizması və sionistlərə nifrəti qarşısında tab gətirə bilməməsi» ilə əsaslandırıb.

 

Livan televiziyasına müsahibəsində, Hayfa bunları təkzib edərək, deyib: «Gələn dəfə məni Obmaya ərə verərlər».

 

Hayfa 1972-ci ildə anadan olub. 16 yaşında «Miss Cənubi Livan» titulunu qazanıb.

 

Onun qardaşı 1982-ci ildə Livan – İsrail savaşında həlak olub. İki dəfə ərə gedib və hər ikisindən də boşanıb.

 

Mənbə qeyd edib ki, Hayfa təxribatlara meylli müğənnilərdəndir. O, özünün seksual gözəlliklərini jurnalların cildlərində nümayiş etdirməkdən çəkinmir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5336
avatar

Oxşar yazılar