Livanın «Hizbullah» hərəkatının lideri Bəşər Əsəd rejimi ordusunu dəstəkləməyə davam edəcəyini bildirib.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, Həsən Nəsrulla tərəfdarlarına müraciətində lazım olduqda silahlılarının Suriyanın istənilən bölgəsinə göndəriləcəyini vurğulayıb.
Mənbə xatırladıb ki, müxalifət qüvvələrinin nəzarəti altında olan əl-Quseyr şəhərinin darmadağın olmasında məhz Livanın “Hizbullah” hərəkatı əsas rol oynayıb.