Qəzza zolağındakı «Həmas» hökumətinin başçısı İsmayıl Həniyə bildirib ki, Suriyadakı münaqişədə bu qurumun yaraqlıları iştirak etmir.
Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, bu haqda yayılmış xəbərləri təkzib edən, qurum təmsilçisi deyib: «Suriya xalqının dəstəkləyib, sərt hərəkətləri mühakimə etməyimizə baxmayaraq, «HƏMAS» döyüşçülərinin Suriyadakı münaqişədə iştirakı yalandır. Suriyadakı münaqişənin xeyrinə hərəkat Fələstindəki müqaviməti buraxa bilməz»-deyə, o, vurğulayıb.
Xatırladaq ki, bu ilin aprelində qərbdəki informasiya vasitələri bildirmişdi ki, «HƏMAS»-ın hərbi əməliyyatlarına məsuliyyət daşıyan «İzzəddin əl-Kassami» briqadasının təmsilçiləri müxalifətin, Dəməşq ətrafının üsyançılar tərəfindən ələ keçirilməsi üçün Azad Suriya Ordusunun döyüşçülərinə təlim keçib.