«Gürcü arzusu» nüfuzunu itirir                  
16 iyul 2013 04:17 (UTC +04:00)

«Gürcü arzusu» nüfuzunu itirir                  

Gürcüstanda “Gürcü arzusu” koalisiyasına rəğbət bəsləyən vətəndaşların sayı azalıb. APA-nın gürcü mətbuatına istinadən verdiyi məlumata görə, ABŞ Milli-Demokrat İnstitutunun (NDI) keçirdiyi sorğunun nəticələrinə görə, müvafiq göstərici 60 %-dən 52%-dək düşüb.

 

Lakin bu dəyişiklik Mixail Saakaşvilinin Vahid Milli Hərəkat Partiyasının reytinqinin artmasına səbəb olmayıb. Sözügedən partiyaya ölkə əhalisinin 10% rəğbət bəsləyir.

 

Eyni zamanda rəyi soruşulanların 15% bəyan edib ki, ölkədə mövcud siyasi partiyalardan heç biri onların baxışlarını əks etdirmir. 

 

Sorğu 2013-cü ilin iyunun 12-dən 16-dək keçirilib. Sorğuda 2338 nəfər iştirak edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 897
avatar

Oxşar yazılar