«Əsəd ordusunun Hələbə hücumunun dayandırmaq borcumuzdur»
13 iyun 2013 04:20 (UTC +04:00)

«Əsəd ordusunun Hələbə hücumunun dayandırmaq borcumuzdur»

Fransanın xarici işlər naziri Loran Fabüs Suriyadakı vətəndaş savaşından danışaraq, beynəlxalq ictimaiyyəti Bəşar Əsəd silahlılarının Hələbə hücumunun qarşısını almağa çağırıb.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, o, bunun yollarını göstərməsə də deyib ki, son zamanlar Əsəd rejimi Rusiya silahları, İran və terrorçu «Hizbullah»-ın dəstəyi ilə uğurlar qazanıb. O, «qüvvələr arasında tarazlığın» bərpasına çağırış edərək, Hələbə hücumun qarşsının alınmasını istəyib.

 

Fransız diplomat bildirib ki, əgər Suriyada vəziyyət müxalifətin xeyrinə dəyişməzsə, o zaman Cenevrədə keçiriləcək beynəlxalq konfrans baş tutmayacaq. L.Fabiüsün sözlərinə görə, tarazlıq bərpa olmazsa, müxalifət konfransda iştirakdan imtina edəcək.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 737
avatar

Oxşar yazılar