Dəməşq ətrafında mühasirəyə düşmüş Suriya müxalifətinin fəalları Bəşar Əsəd rejimini hücum zamanı qaçqınlardan «canlı qalxan» kimi istifadə etməkdə suçlayıb.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, Muadhamiyyə rayonundan olan müxalifət bildirib ki, Dəməşq ətrafındakı yaşayış məntəqəsini tərk edən yüzlərlə qaçqını rejim paytaxtın hava limanında zor gücünə saxlayır.
Müxalifət təmsilçisinin sözlərinə əsasən, həmin rayonu tərk etməyən aclıqdan əziyyət çəkir, çünki ora nə ərzaq, nə də tibbi preparatlar aparılmır.
Minlərlə suriyalı Muadhamiyyəni tərk etmək üçün rejimdən icazə alıb.
Suriya ordusunun təmsilçisi bir müddət öncə bildirmişdi ki, üsyançıların nəzarti altında olan Muadhamiyyə kimi rayonları hakimiyyət ya təslim etməli, ya da onlar sakinlərlə birlikdə acından ölməlidir.