Misir xüsusi xidmət orqanın əməkdaşları Qahirədə «əl-Qaidə»-nin lideri Ayman əz-Zavahirinin kiçik qardanı Məhəmməd əz-Zavahirini həbs edib.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, M. əz-Zəvahirinin cihadçı-sələfilər qrupuna aid olduğu deyilir. Onu Qahirə ətrafında Giza əyalətində həbs ediblər.
Məlumatlara əsasən,M.əz-Zəvahirini devrilmiş prezident Məhəmməd Mursinin tərəfdarlarındandır. Misirin keçmiş prezidenti Hüsnü Mübarəkin hakimiyyəti dövründə ona edam hökmü çıxarılmışdı. 2012-ci ildə isə məhkəmə M.əz-Zəvahiriyə bəraət verib