«əl-Nusra Cəbhəsi» sanksiyaya tuş gələ bilər
13 aprel 2013 07:10 (UTC +04:00)

«əl-Nusra Cəbhəsi» sanksiyaya tuş gələ bilər

Suriyada Bəşar Əsəd rejiminə qarşı silahlı mübarizə aparan, ölkədə islam hakimiyyəti qurmaq istəyən «əl-Nusra Cəbhəsi»nə qarşı sanksiyanın tətbiq edilməsi ilə bağlı məsələ BMT Təhlükəsizlik Şurasında qeyri-formal müzakirə olunmağa başlayıb.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, Fransa XİN təmsilçisi Filipp Lalio müzakirələrin hələ başlanğıc mərhələdə olduğunu söyləyib.

 

Xatırladaq ki, aprelin 11-də «əl-Nusra Cəbhəsi»-nin başçısı Əbu Məhəmməd Qolani «əl-Qaidə» lideri Ayman Zəvahiriyə sadiq və bağlı olduqlarını bildirib.

 

ABŞ hakimiyyəti artıq bu silahlı qruplaşmanı terrorçu təşkilatlar siyahısına daxil edib.

# 626
avatar

Oxşar yazılar