İran Hərbi Qüvvələrinin quru qoşunları «Beytülmüqəddəs-25» Adı altında İsfahan əyalətində iri miqyaslı hərbi manevr keçirəcək.
Lent.az-ın İranın informasiya vasitələrinə istinadən məlumatına görə, quru qoşunları komandanının müavini Hüseyn Şəkuli bildirib ki, təlimlər mayın 20-də İsfahan əyalətinnin Nəsrabad rayonunda başlayıb və mayın 24-dək davam edəcək. Sözügedən hərbi tədbir 1980-1988-ci illərdə İran-İraq savaşı zamanı Xürrəmşəhrin azad edilməsinə həsr edilib.
Komandan müavinin sözlərinə görə, hərbi manevrdə çeşidli tapşırıqlar yerinə yetiriləcək, əsgərlərin hazırlıq vəziyyəti yoxlanılacaq. «Şərti rəqiblə» savaş gerçək hərbi əməliyyatlara daha yaxın bir şəraitdə davam edəcək.