«Azərbaycanla da münasibətləri gərginləşdirib»
22 may 2013 01:18 (UTC +04:00)

«Azərbaycanla da münasibətləri gərginləşdirib»

 

«Baş nazir İvanişvili …Azərbaycanla da münasibətləri gərginləşdirib»

Gürcüstan prezidenti Mixail Saakaşvili bəyan edib ki, Vahid Milli Hərəkat Partiyasının baş katibi Vano Merabişvilinin həbsi ölkənin beynəlxalq təcridinə gətirib çıxara bilər.


 

Lent.az-ın məlumatına görə, «Qruziya onlayn»a istinadən məlumatına görə, bunu Gürcüstan prezidenti Mixail Saakaşvili mayın 21-də prezident sarayında keçirdiyi mətbuat konfransında bəyan edib.

 

O, vurğulayıb ki, Merabişvili həbsxanada uzun müddətə qalarsa, Gürcüstan ciddi problemlərlə üzləşəcək.

 

Mixail Saakaşvili 2004-cü ildə prezident seçilərkən, 3-4 ay ərzində, ABŞ və Rusiya daxil olmaqla, çox sayda ölkəyə səfər etdiyini xatırladıb.

 

«Baş nazir İvanişvili isə yalnız bir neçə qonşu ilə görüşüb.Ən vacibi, Bakı-Tbilisi-Qars dəmiryol layihəsini dayandıraraq, Azərbaycanla da münasibətləri gərginləşdirib. Bundan başqa, Türkiyə ilə bir neçə ortaq layihəni donduraraq, ciddi problemlər yaradıb» - deyə, Gürcüstan prezidenti əlavə edib.

 

Qeyd edək ki, Gürcüstanın keçmiş baş naziri və keçmiş daxili işlər naziri, hazırda ölkənin əsas müxalifət qüvvəsi - Vahid Milli Hərəkat Partiyasının baş katibi olan Vano Merabişvili həbs edilib.

 

V. Merabişvili bu gün Kutaisi şəhərindəki Qərbi Gürcüstan Dairə Prokurorluğunda dindirildikdən sonra saxlanılıb.

 

Sabiq baş nazir məşğulluq üzrə dövlət proqramının həyata keçirilməsi zamanı qanunsuzluqlara yol verilməsi, 2011-ci il mayın 26-da müxalifətin Tiflisdə keçirdiyi kütləvi etiraz aksiyasının dağıdılması və 2006-cı il yanvarın 28-də bank işçisi Sandro Qirqvilianinin qətlə yetirilməsində ittiham edilir.

 

V. Merabişvil ilə birlikdə Kaxeti bölgəsinin qubernatoru Zurab Çiaberaşvili də saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 961
avatar

Oxşar yazılar