«Barbara» adlı tropik qasırğa Sakit okeanla Meksikanın sahillərinə doğru hərəkət edir.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, ölkənin Çəpas ştatının sahiliboyu yaşayış məntəqəsindən 4, 2 min sakin köçürülüb.
Hazırda «Barbara» Meksika sahillərinin 100 km-liyindədir. O, saatda 13 km-lə hərəkət edir.