Nyu-York hökuməti iyulun 4-də «Azadlıq heykəli»nin açılış tədbirini keçirməyə hazırlaşır.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, həmin gün ABŞ-ın müstəqillik günüdür. Bu günlə bağlı 15 minə yaxın insanın həmin obyekti ziyarət edəcəyi gözlənilir.
Qeyd edək ki, abidə 2012-ci ildə bağlanıb. Onda ABŞ-ın şimal-şərq sahillərini «Sendi» qasırğası dağıtmışdı. Abidə və onun ətrafı qasırğa nəticəsində ciddi xəsarət görübmüş.
2011-ci ildə abidə təmir üçün qapadılmışdı. Qasırğa görə abidə təmirdən sonra bir gün açıq olub.