Almaniyanın Meklenburq torpağında, Dabel icması bayram gəzintisi edərkən ildırım onları vurub.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, 43 nəfər zərər çəkib.
Bayram gəzintisi «Ata günü»nə həsr olunubmuş. Həmin gün «Rəbbin meracı», dini bayramdır və Almaniyada iş günü deyil.
Mənbənin məlumatına əsasən, ildırım vurması nəticəsində 43 nəfər yanıb, onların 38-i xəstəxanaya yerləşdirilib. 7 nəfərin vəziyyətinin ağır olduğu bildirilib.