Oktyabrın 30-31-də İranın atom problemi ilə bağlı «altılıq» ölkələrinin mütəxəssisləri ilə Tehranın nümayəndə heyəti arasında danışıqlar başlayacaq.
Lent.az-nı xarici informasiya vasitələrinə istinadən məlumatına görə, islam Respublikası nümayəndə heyətinin başçısı Abbas Araqçı Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə məsləhətləşmək üçün artıq Avstriyaya gedib. O, orada AEBA-nın baş direktoru Yukiya Amano ilə görüb.