Oktyabrın 31-də «CNN» telekanalı bildirib ki, Suriyanın Latakiya şəhəri ətrafına İsrail Hərbi Hava Qüvvələrinin zərbə endirməsində iştirakını ABŞ prezidenti Barak Obama administrasiyası təsdiqləyib.
Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, mənbə hücumun hədəfinin hərbi baza olduğunu bildirib.
«CNN» öz mənbəsini «rəsmi» adlandırsa da, «informasiyanın həssaslığını nəzərə» alaraq, onun adının açıqlanmasının məqsədəuyğun saymadığını qeyd edib.
Xatırladaq ki, bir müddət öncə «əl-Ərəbiyyə» telekanalı «Hizbullah» üçün silah və sursat daşıyan avtomobil karvanına zərbə endirildiyi haqda xəbər yaymışdı. Ərəb TV-si İsrail Hərbi Hava Qüvvələrinin Suriya ərazisindəki iki hədəfə – Latakiya rayonuna və Dəməşq ətrafına zərbə endirdiyini bildirmişdi.
Suriyadakı rejim ölkə ərazisinə havadan zərbə endirilməsi haqda bəhs etdiyimiz xəbəri təsdiqləməyib.
İsrail hakimiyyəti də TSAXAL-ın bu əməliyyatda iştirakını şərh etməyib.