«ABŞ Merkelin danışıqlarını 2002-dən dinləyirmiş»
27 oktyabr 2013 05:51 (UTC +04:00)

«ABŞ Merkelin danışıqlarını 2002-dən dinləyirmiş»

Almaniyada çıxan «Şpigel» jurnalı ABŞ Milli Təhlükəsizlik Xidmətinin (MTX) kansler An\ela Merkeli izləməsi və dinləməsinə dair yeni məqalə dərc edib.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, dərgi iddia edib ki, ABŞ 2002-ci ildən Almaniyanın indiki kanslerini dinləyə bilərmiş.

 

«Şipigel»-in jurnalistləri gizli sənədə istinadən edərək, bildirib ki, prezident Barak Obama bu ilin iyununda Almaniyaya səfər etməzdən bir neçə həftə öncə MTX Merkeli bütün müşahidə edilənlər siyahısından çıxarıb.

 

Bundan başqa məqalədə ABŞ-ın Berlindəki səfirliyində MTX-nın kəşfiyyat bazası təşkil etdiyi də qeyd olunub.

 

Merkelin telefon danışıqlarının dinlənilməsi haqda məlumat ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Edvard Snoudenin təqdim etdiyi sənədlərə əsaslanıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 955
avatar

Oxşar yazılar