“Taliban” Hərəkatının ikinci şəxsi Vali ur Rəhman Pakistanın Şimali Vəziristan vilayətində öldürülüb.
Lent.az-ın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, o, ABŞ pilotsuz təyyarəsindən endirilən hava zərbəsi nəticəsində dünyasını dəyişib.
Qeyd edək ki, Pakistandakı “Taliban” Hərəkatının lideri Hakimullah Mahsuddur. Vali ur Rəhman Hakimullah Mahsudun xələfi sayılırdı.