“Rus marşı” başa çatdı: 30 nəfər həbs olundu
04 noyabr 2013 17:04 (UTC +04:00)

“Rus marşı” başa çatdı: 30 nəfər həbs olundu

Rusiyanın paytaxtı Moskvanın cənub-şərqindəki Lyublino rayonunda millətçilərin keçidi ilə başa çatıb. Lent.az-ın məlumatına görə, “Rus marşı” yekunlaşdıqdan sonra “Kolovrat” qrupunun konserti başlayıb.

 

Rusiya Daxili İşlər Nazirliyinin Moskva üzrə Baş İdarəsindən bildirilib ki, konsertə 1000-dək insan qalıb. “Rus marşı”nın ümumi iştirakçı sayı isə 8000 nəfər olub. Onlardan təqribən 30-u müxtəlif qayda pozuntuları, o cümlədən, maska və qadağan olunmuş simvollar, xırda qayda pozuntuları və milliyyətçi şüarlar səsləndirmələri səbəbindən saxlanılıblar. Aksiya noyabrın 4-də günorta saatlarında Lyublino” metro stansiyası yaxınlığında başlayıb. Oradan nümayişçilər Pererva küçəsinə keçərək, cərgələrlə düzülüblər. Saat 14:00-da “Bratislavskaya” metro stansiyasına, oradan da Lüblin küçəsinə doğru mütəşəkkil keçid başlanıb. Keçidin sonunda konsertlə mitinq təşkil olunub.

 

Marşın təşkilatçıları qismində “Ruslar” birliyi və Rusiya Ümummilli İttifaqı çıxış edib. Hökumət 15000 insanın iştirakına icazə verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1659
avatar

Oxşar yazılar