“ABŞ qanunvericiləri İrana qarşı sərt sanksiyaların tətbiq edilməsi məsələsinə tərəddüdlə yanaşırlar”.
APA-nın “Radiofərda”ya istinadən verdiyi məlumata görə, bunu ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin əsas respublikaçı nümayəndəsi və Bank Komitəsinin üzvü Bob Kroker deyib.
Onun sözlərinə görə, bu da onların Ağ Ev tərəfindən dəstək alması və ya təzyiqlərlə üzləşməsi ilə izah edilə bilər.
B.Kroker deyib ki, ABŞ dövlət rəsmilərinin vəzifələri 24-48 saat ərzində onun kimi öz strategiyalarını həyata keçirməyi düşünən şəxsləri öz strategiyalarının düzgün olduğuna inandırmaqdır: “Çünki Barak Obama indiki ərəfədə İrana qarşı yeni sanksiyaların tətbiqinin Tehranla “altılıq” ölkələri arasında aparılan nüvə müzakirələrinə təsir göstərəcəyini və əks-effekt yaradacağını açıqlayıb”.
Qeyd edək ki, ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Robert Menendez bildirib ki, İranın nüvə fəaliyyətlərinə görə bu ölkəyə qarşı yeni sanksiya layihəsi hazırlanır. Sənəd əsasən İranın neft sektorunu əhatə edəcək. Belə ki, qanun layihəsində İranın gündəlik neft ixracının bir il ərzində 500 min barelə düşürülməsi qarşıya əsas məqsəd kimi qoyulub. Yeni sanksiyalar paketinin üzərində isə əsasən senator B.Krokerin özü işləyir.