“Müsəlman qardaşları” təşkilatının dini lideri Məhəmməd Badia Misirin paytaxtı Qahirədə həbs olunub. Lent.az-ın xəbərinə görə, bu barədə ölkənin Təhlükəsizlik Xidmətindəki mənbələrdən yerli KİV-ə məlumat ötürülüb.
Daha öncə Misirin təhlükəsizlik qüvvələri hərəkatın ali rəhbərinin müavinləri Xayrat aş-Şatır və Rəşad əl-Bayyumini həbs ediblər. Təşkilat rəhbərliyinə, o cümlədən, devrilmiş Misir prezidenti Məhəmməd Mursiyə qarşı casusluq, zorakılığa təhriketmə və dövlət iqtisadiyyatına ciddi zərər vurma ittihamları irəli sürülüb.