“Rosatom” erməni ekspertləri ilə birlikdə Metsamor AES-in fəaliyyətdə olan enerji blokunun istismar müddətini uzatmağa dair layihə üzərində işləyəcək.
APA-nın məlumatına görə, bu barədə Rusiya prezidenti Vladimir Putin erməni həmkarı Serj Sərkisyanla danışıqların yekununa həsr olunmuş mətbuat konfransında deyib.
Rusiya prezidentinin sözlərinə görə, Metsamor AES-in istismar müddətinin 2026-cı ilədək artırılması planlaşdırılır.