“Facebook” istifadəçilərindən üzr istədi
30 oktyabr 2013 11:53 (UTC +04:00)

“Facebook” istifadəçilərindən üzr istədi

“Facebook” şirkəti  bir sıra istifadəçisinin bloka salınması və onlardan sosial şəbəkəyə daxil olarkən, şəxsiyyət vəsiqəsi istənilməsi ilə əlaqədar üzr istəyib. Lent.az-ın “The Drum” dərgisinə istinadən verdiyi məlumata görə, şirkət rəsmisi tələbin az sayda istifadəçiyə ünvanlandığını açıqlayıb.

 

Onun fikrincə, belə tələb səhvən edilib. Yanlışlıq aşkara çıxarılarkən, mütəxəssislər istifadəçilərin narazılığına səbəb olan məlumatları dərhal ləğv ediblər.

 

Qeyd edək ki, daha öncə “Facebook”a giriş zamanı bəzi istifadəçilərin “Government ID” təqdim etmələrinə dair tələblə rastlaşdıqları xəbəri yayılıb. İstifadəçilər narazılıqlarını “Twitter”də ifadə ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 736
avatar

Oxşar yazılar