“Əl-Qaidə”dən ABŞ-a 11 sentyabr mesajı: Liviyada XİN binası partladıldı
11 sentyabr 2013 13:32 (UTC +04:00)

“Əl-Qaidə”dən ABŞ-a 11 sentyabr mesajı: Liviyada XİN binası partladıldı

Bu gün Benqazidə Liviya Xarici İşlər Nazirliyinin binasının qarşısında bomba yüklü avtomobillə partlayış törədilib.

 

Lent.az-ın “Sky News” telekanalına istinadən verdiyi məlumata görə, partlayış o qədər güclü olub ki, dağıntının miqyasını və ölənlərin sayını hazırda müəyyənləşdirmək qeyri-mümkündür.

 

Xarici İşlər Nazirliyinin binası da qismən dağılıb. Partlayış törədilən ərazi Liviya hərbçiləri tərəfindən əhatəyə alınıb. Terror aktının “Əl-Qaidə” terror təşkilatının  2001-ci il sentyabrın 11-də ABŞ-da törətdiyi terror aktının ildönümü ilə bağlı təşkil edildiyi istisna olunmur. Liviya inqilabının beşiyi sayılan Benqazi hazırda radikal silahlı qruplaşmaların bazalarının məkanıdır. Bu qrupların bir çoxu “Əl-Qaidə” terror təşkilatı ilə birbaşa əlaqəlidir.

 

Qeyd edək ki, keçən il ABŞ-da çəkilən və Məhəmməd peyğəmbərin təhqir olunduğu “Müsəlmanların məsumiyyəti” filmi Misir və Liviyada kütləvi etiraz aksiyalarına səbəb olub. 2012-ci il sentyabrın 12-də ABŞ-ın Benqazidəki konsulluğu  qumbaraatan və avtomat silahlardan atəşə tutulub. Konsulluqda başlayan yanğın nəticəsində 4 amerikalı, o cümlədən həmin vaxt konsulluqda olan ABŞ-ın  Liviyadakı səfiri Kristofer Stivens də həyatını itirib. ABŞ-ın xüsusi komissiyası apardığı araşdırma nəticəsində belə qənaətə gəlib ki, konsulluğa hücum “Müsəlmanların məsumiyyəti” filmi ilə bağlı keçirilən kütləvi aksiyalarla əlaqədar deyil, konsulluğa hücum öncədən konkret qruplaşma tərəfindən planlaşdırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 689
avatar

Oxşar yazılar