“Coca-Cola”nın məxfi formulu tapıldı
15 may 2013 13:33 (UTC +04:00)

“Coca-Cola”nın məxfi formulu tapıldı

“Coca-Cola”nın gizli formulu tapılıb. Lent. az-ın CNN-ə istinadən verdiyi məlumata görə, ABŞ-ın Corciya ştatında yaşayan və  antik əsərlər mütəxəsisi olan Cliff Kluge  bir kimyaçıdan  antik bir qutu satın aldığını və qutudan “Coca-Cola”nın 1943-cü ildə yazılmış kimyəvi formulunu tapdığını bildirib.

 

Cliff Kluge İkinci Dünya Müharibəsi illərində məhsul üçün lazımi xammalı təmin etməkdə çətinlik çəkən “Coca-Cola” şirkətinin vəziyyətdən çıxış yolu tapmaq üçün məxfi formulunun bu kimyaçıya göndərdildiyini söyləyib.

 

Qeyd edək ki, “Coca-Cola”nın məxfi formulu 1886-cı ildə professor John S Pemberton tarafından hazırlanıb. Şirkət indiyə qədər bu formulu açıqlamır, məxfi saxlayır. “Coca-Cola” tarixi ilə bağlı mütəxəssis olan Ted Ryan isə bunun  1886-cı ildən istifadə edildiyi orijinal formul olmadığını deyib. Cliff Kluge isə formulun orijinal olduğuna əmindir və artıq bu formulu “e-Bay” üzərindən 15 milyon dolara satışa çıxarıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2405
avatar

Oxşar yazılar