«Suriyanın dostları» İstanbula toplaşacaq
11 aprel 2013 06:53 (UTC +04:00)

 «Suriyanın dostları» İstanbula toplaşacaq

«Suriyanın dostları» aprelin 20-də  İstanbulda görüşməyi planlaşdırıb.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, Londona «8-lik»-in xarici işlər nazirlərinin görüşünə gəlmiş ABŞ nümayəndə heyətinin təmsilçisi bildirib ki, həmin yığıncaqda dövlət katibi Con Kerri iştirak edəcək.

 

«Suriyanın dostları»nın görüşünə 11 dövlətin nümayəndəsi qatılacaq: ABŞ, Almaniya, Britaniya, Türkiyə, Fransa, İtaliya, Misir, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Qətər.

 

# 317
avatar

Oxşar yazılar