Hizbullah hərəkatı Əlaqələndirmə şurasının sədri Hüseyn Allahkərəm İran prezidenti Həsən Ruhani təmsilçisinin ABŞ-la danışıqlar aparmasının «çox tələsik addım» adlandırıb.
Lent.az-ın «İran.ru»-ya istinadən məlumatına görə, o, qeyd edib ki, istənilən halda İran məsələsini hərbi yolla həll etmək ABŞ-ın variantlarındandır, İslam Respublikasına qarşı sanksiyalar hələ də qaldırılmayıb.
Livandan olan bu siyasətçinin sözlərinə əsasən, o və hərəkatı Həsən Ruhanini, onun Vaşinqtona yeni münasibətini bir halda dəstəkəyər ki, ABŞ İrana yanaşmasındakı «yekəxanalığı dəyişsin».
Hüseyn Allahkərəm nüvə proqramı ilə bağlı danışıqların növbəti mərhələsində Tehranın əli boş qalacağından rahatsız olduğunu bildirib.
Mənbənin məlumatına görə, «Hizbullah»-ın yüksək vəzifəlisi hesab edir ki, indiki şəraitdə İran üçün ABŞ-la münaqişəli vəziyyətdə qalmaq, münasibətlərin «istiləşməsindən» sərfəlidir.