Hakimiyyətin qadağasına səudiyyə qadınları məhəl qoymayıb
27 oktyabr 2013 02:31 (UTC +04:00)

Hakimiyyətin qadağasına səudiyyə qadınları məhəl qoymayıb

Oktyabrın 26-da internetdə Səudiyyə Ərəbistanında  sükan arxasında olan bir qrup qandının görüntüsü yayılıb.

 

Lent.az-ın «BBC» -yə istinadən məlumatına görə, ölkədə qadınların avtomobil sürməsini yasaqlanmasına qarşı etiraz aksiyası keçirilib.

 

Aksiya iştirakçılarının sayı gözlənildiyindən az olub.

 

Qadağa qarşı olanlardan biri, universitet professoru Əziz Yusif bildirib ki, hakimiyyət tərəfindən ona bu aksiyaya qatılmamaq barəsində zəng edildiyindən tədbirdə iştirak etməyib.

 

Bu qaydanın ləğvinə və ya onun yasağının əsaslandırılmasına 17 min Səudiyyə Ərəbistanı vətəndaşı imza atıb.

 

Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyinin təmsilçisi sürücü qadınlara xəbərdarlıq edərək, bildirmişdi ki, oktyabrın 26-da qadınların avtomobil sürməsi qadağası ilə bağlı etiraz aksiyası  keçirənlərə qarşı hakimiyyət «tədbirlər görə bilər».

 

Onun sözlərinə görə, qadınlara maşın sürmək yasaqdır, bu, qadağanı pozanlar, eləcə də onları dəstəkləyənlər qanun qarşısında cavab verəcək.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1105
avatar

Oxşar yazılar