Zimbabve prezidenti Robert Muqabe cariil iyulun 31–də ümumxalq seçki keçirilməsini elan edib.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə,baş nazir Morqan Tsvanqiran dövlət başçısının bu qərarına qarşı çıxaraq, Muqabenin qanunu pozduğunu bildirib.
Mətbuat konfransında baş nazir 89 yaşlı prezidenti hakimiyyətin bölünməsi ilə bağlı 2008-ci ildə keçirilmiş seçkidən sonra bağlanmış müqaviləni pozduğun söyləyib. O, parlamentdə prezidentin qərarının dəyişməsinə çalışacağının da vurğulayıb.
Hökumət başçısının sözlərinə görə, səsvermənin ədalətli və şəffaflığı təmin edə biləcək referendum keçirildikdən sonra seçki prosesi başlaya bilər.
Parlament hələlik bütün partiyaların təbliğat üçün dövlət televiziyasına buraxılması qanununu qəbul etməyib.
İki həftə öncə Zimbabve məhkəməsi iyulun sonunda seçkinin keçirilməsi haqda qərarı təsdiqləyib.