Bu gecə ABŞ-da mistik meteor yağışını (“qamma Delfinids”) müşahidə etmək mümkün olacaq.
Lent.az-ın CNN-ə istinadən verdiyi məlumata görə, NASA sonuncu dəfə belə hadisənin 1930-cu il iyunun 11-də Merilend ştatında qeydə alındığını açıqlayıb.
Həmin vaxt ABŞ Meteor Cəmiyyəti yarım saat ərzində parlaq meteor axını müşahidə edildiyini açıqlayıb. O vaxtdan bəri “qamma Delfinids” hadisəsini heç kim görməyib. Mistik meteor yağışının pik vaxtı ABŞ-da yerli vaxtla saat 4:30 radələrinə təsadüf edəcək. NASA “qamma Delfinids” hərəkətində sürətin saniyədə 57 km-ə çatacağını proqnozlaşdırır.