7 illik fasilədən sonra Gürcüstan çaxırının ilk partiyası Rusiyaya tədarük olunub.
Lent.az-ın Rusiyanın informasiya vasitələrinə istinadən məlumatına görə, iyunu 14-də 30 min butılka yola salınıb. Məlumata əsasən, bu həftə ərzində daha 150 min şüşə çaxır yola salınacağı planlaşdırılıb.
Bu ilin iyun-iyul aylarında Rusiyaya 500 min butılka 5 cür konyak və çaxır ixrac ediləcək.