6 dəfə cəzalanmış erməni Moskvada 18 nəfərin ölmünə bais olub
13 iyul 2013 23:04 (UTC +04:00)

6 dəfə cəzalanmış erməni Moskvada 18 nəfərin ölmünə bais olub

 

Moskvada sərnişin avtobusu ilə toqquşan “Kamaz” markalı yük maşınının sürücüsü yol hərəkəti qaydalarının pozduğuna görə  6 dəfə məsuliyyətə cəlb olunub.

 

 APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Moskva merinin müavini vəzifəsini müvəqqəti icra edən Pyotr Biryukov bildirib.  

 

“”Kamaz” markalı yük maşını Ermənistan vətəndaşı tərəfindən idarə olunub. O, yol hərəkəti qaydalarının pozduğuna görə  6 dəfə inzibati məsuliyyətə cəlb olunub”, deyə Biryukov qeyd edib.

 

Onun sözlərinə görə, hazırda polis qəza ilə bağlı sürücünü dindirir.

 

Qeyd edək ki,  bu gün Moskvada ağır yol qəzası baş verib. Podoslk şəhəri yaxınlığında yük avtomobili ilə avtobusun toqquşması nəticəsində 18 nəfər ölüb, 25 nəfər yaralanıb. Qəzanın təqsirkarı yük maşının sürücüsü hesab olunur. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1149
avatar

Oxşar yazılar