“Rusiyaya miqrant işçilər gəlməlidirmi?” Levada mərkəzinin bu sualına rəyi soruşulanların 14 faizi “hə” deyib, 78 faizi isə hesab edir ki, hökumət bu axını məhdudlaşdırmalıdır.
Lent.az-ın “AzadlıqRadiosu”-na istinadən məlumatına görə, 2008-ci ildəki sorğuda miqrantların gəlişinə pis baxanlar, bunu məhdudlaşdıraq istəyənlər 52 faiz idi.
Sorğuda başqa sual belə olub: “ Rusiya ərazisində kimlərin yaşamasını məhdudlaşdırmaq lazımdır?”
Cavablar belə bölünüb:
Qafqazdan çıxanların – 54%
Çinlilərin – 45%
Orta Asiya respublikalarından olanların – 45%
...
|
“Siz yaşadığınız şəhərdə, rayonda milli gərginlik varmı?”
Bu suala respondentlər belə cavab verib:
Var - 10%
Yəqin ki, var – 33 %
Yəqin ki, yoxdur- 39 %
Yoxdur – 13 %.
2005-ci ildəki sorğu ilə müqayisədə gərginlik olduğuna əmin olanlar 2 dəfə artıb.
ÖLKƏDƏN QOVMALI !
”Qanunsuz miqrantla nə etməli?”
Leqallaşdırmaq, iş tapmağa kömək etmək – 15 %
Ölkədən qovmaq – 73 %.
2006-cı ildəki sorğuda kömək etməyi deyənlər 31 %, ölkədən qovmağa tərəfdar olanlar 53 % idi.
RUSİYA RUSLAR ÜÇÜN
”“Rusiya ruslar üçün!” ideyasına necə baxırsınız?”
Dəstəkləyirəm, bunu çoxdan etmək lazımdır – 23 %
Reallaşdırmaq pis olmazdı, ancaq müəyyən məhdudiyyətlər çərçivəsində - 43%
Pis baxıram, bu, əsil faşizmdir - 19 %
2002-ci ildə “Rusiya ruslar üçün” ideyasını dəstəkləyən 17 % idi. 28 % buna pis baxırdı.
“Bəsdir, Qafqazı yedirtdik” – şüarını dəstəkləyirsinizmi?
Qəti şəkildə dəstəkləyirəm – 35 %
Yəqin ki, dəstəkləyirəm – 36 %
Yəqin ki, dəstəkləmirəm – 15 %
Qəti şəkildə əleyhinəyəm – 3 %
2011-ci ildəki sorğuda bu şüarı qəti şəkildə dəstəkləyən 28 % idi.
QANLI TOQQUŞMA
”Rusiyada milli zəmində qanlı toqquşma ola bilərmi?”
Tamamilə mümkündür – 17 %
Yəqin ki, mümkündür – 45 %
Yəqin ki, mümkün deyil – 24 %
Ola bilməz – 5 %
2002-ci ildə qəti şəkildə “ola bilməz!” deyənlər 12 % idi.
Başqa millətdən olanlara düşmənçilik hiss edirsinizmi?
Tez-tez – 6 %
Demək olar ki, tez-tez – 14 %
Nadir hallarda - 39%
Heç vaxt – 37 %
”Sizin şəhərə və ya regiona miqrantların gəlib daimi yaşaması məhdudlaşdırılmalıdırmı?” Bu fikrə necə baxırsınız?
Qəti şəkildə lehinəyəm – 28 %
Daha çox lehinəyəm – 35 %
Daha çox əleyhinəyəm - 20 %
Qəti şəkildə əleyhinəyəm – 7 %