Aralıq dənizində 500 nəfərə yaxın qanunsuz miqrantın olduğu yaxta batıb.
Lent.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, Lampedusa adasından 900 metr məsafədə qəfil yanmağa başlayan və batan yaxtadan yalnız 141 nəfəri xilas etmək mümkün olub, 82 nəfərin cəsədi çıxarılıb, 250 nəfər itkin düşüb.
Lampedusa Bələdiyyəsinin sədri Giusi Nicolini deyib ki, yüzlərlə insan hələ də dənizdə yaşam mücadiləsi aparır.