Avropa Statistika Bürosunun məlumatına əsasən, İngiltərə 195 min əcnəbiyə vətəndaşlıq verməklə Avopa Birliyinin (AB) 27 üzvü arasında birinci yerdədir.
Lent.az-ın Türkiyə KİV-ə istinadən məlumatına görə, sonrakı yerləri 143 min Fransa, İspaniya 124 min və Almaniya 105 min göstərici ilə tutur.
Beləliklə, 2010-cu ildə AB-də verilən vətəndaşlıqların 70 faizi bu dörd dövlətin payına düşüb.
Həmin il AB ölkələrində ən çox vətəndaşlıq alanlar arasında ilk sırada Mərakeş (67 min vətəndaş), Türkiyə (49,9 min), Ekvador (45,2 min), Hindistan (34,7 min) və Kolumbiyadan (24,5 min) olan qaçqınlar tutur.
İngiltərədə yeni vətəndaşlar arasında ilk yerlərdə hindistanlı və pakistanlılar, Fransada mərakeşli və əlcəzairlilər, İspaniyada ekvadorlu və kolumbiyalılar, Almaniyada isə türklər durur.
Finlandiyada isə vətəndaşlıq alanların 44,4 faizi rusiyalılardır.