Saxara səhrasının Niger dövləti ərazisində susuzluqdan onlarla mühacir afrikalı həlak olub.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, Nigerin şimalında Aqades şəhərinin icra hakimiyyəti bildirib ki, Əlcəzairə, oradan isə Avropaya getmək istəyən 35-60 nəfər yolçu səhrada həlak olub.
Mənbənin məlumatına görə, bir neçə gün öncə onlar avtomobilə Nigerin şimal-qərbindəki Arlit şəhərindən yola düşüblər. Yolda maşınlardan biri sıradan çıxıb. Onun sərnişinləri itən ehtiyat hissələrini axtarmaq üçün səhraya səpələnib. Onlardan 5 –i hadisə ilə bağlı məlumat vermək Arlitə yetişə bilib. Hərbçilər isə hadisə yerinə çox gec çatıb.