Dünya şəhəri Nyu-Yorkda mer seçkisi başa çatıb. Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, Demokrat Partiyasından olan 52 yaşlı Bill de Blazio bu , seçkinin qalibi olub.
Mənbə bildirib ki, o, 1989-cu ildən sonra Nyu-Yorkun ilk başçısı olacaq.
İlkin məlumata əsasən, de Blazio rəqibi respublikaçı Co Lota məntəqələrin 40 faizində üstün gəlib.
Hazırkı mer Maykl Blumberq bu vəzifəyə dalbadal üç dəfə seçilib.
Noyabrın 5-də ölkənin bir neçə ştatında və iri şəhərlərində seçkilər keçirilib. Nyu-Cersi ştatında respublikaçı Kris Kristi qalib gəlib. Onu Respublikaçılar Partiyasından prezidentliyə potensial namizəd sayırlar.